“Qarabağda döyüşlərin dayandırılmasını alqışlayırıq” - ABŞ rəsmisi

 “Qarabağda döyüşlərin dayandırılmasını alqışlayırıq” -  ABŞ rəsmisi
  13 Noyabr 2020    Oxunub:2300
ABŞ Minsk Qrupunun üç həmsədr dövlətindən biri olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında döyüşlərin dayandırılmasını alqışlayır.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor bildirib.

“Biz həmişə bu münaqişənin hərbi yolla həllinin olmadığını bəyan etdik. Son hadisələr nəticəsində bir çox mülki şəxs də daxil olmaqla, insan itkisinə görə təəssüflənirik. Tərəfləri davamlı sülhün əldə edilməsi üçün gərginliyi yenidən alovlandıra biləcək hərəkətlərdən, sərt ritorikadan çəkinməyə çağırırıq. Minsk Qrupunun Dağlıq Qarabağ bölgəsində davamlı sülhün təmin olunmasında iştirak etməyə hazır olduğuna əminik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CeymsGilmor  





Xəbər lenti