“Döyüşlər vaxtı Qarabağa qoşun göndərə bilməzdik” - Peskov

“Döyüşlər vaxtı Qarabağa qoşun göndərə bilməzdik” -  Peskov
  13 Noyabr 2020    Oxunub:2081
Rusiya döyüşlər zamanı Qarabağa öz qoşunlarını göndərmək hüququna sahib deyildi.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiyanın əraziyə sülhməramlı göndərməsi yalnız münaqişə tərəflərinin razılığından sonra mümkün olub.

"Biz sülhməramlıları yerləşdirmək hüququnu yalnız münaqişə tərəfləri bununla razılaşdıqdan sonra aldıq”.

Peskov, Moskvanın BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə sadiq ölkə olaraq qaldığını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti