Ermənistanda virusa yoluxanların sayı 114 mini keçdi

 Ermənistanda virusa yoluxanların sayı 114 mini keçdi
  13 Noyabr 2020    Oxunub:1219
Ermənistanda son sutka ərzində daha 1 703 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 114 383 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 29 nəfər ölüb, bununla da pandemiya qurbanlarının sayı 1 697-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 440-a yüksəlib.

İndiyədək 72 116 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 40 130 aktiv koronavirus xəstəsi var.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti