Paşinyandan sonra Mnatsakanyan da xain adlandırıldı

Paşinyandan sonra Mnatsakanyan da xain adlandırıldı
  13 Noyabr 2020    Oxunub:2405
“Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan o qədər zəif idi ki, müharibə zamanı diplomatik cəbhədə uğur qazanmadıq”.
Azvision.az xəbər verir ki, bu barədə Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan bildirib.

Onun sözlərinə görə, hazırda xainlər komandasının başqa bir ölmüş vicdansız nümayəndəsi həyat əlamətləri göstərməyə çalışır: "Mən rüsvayçı xarici işlər nazirindən, 2018-ci ildən bəri Qarabağ danışıqlarında uğursuzluqlarımıza səbəb olan birindən danışıram. O, həmin ildən etibarən Ermənistan-Rusiya münasibətlərinin zəifləməsində rol oynadı. Beynəlxalq mətbuatda, xüsusən də Qarabağla bağlı açıqlamalarında biabırçı görünürdü”.

Aşotyan Nikolun baş diplomatının İranla münasibətlərdə də çox böyük uğursuzluqlara səbəb olduğunu deyib. Onun fikrincə, Mnatsakanyan Ermənistanın milli maraqlarından çox, özlərinin xaricdəki “ağa”larının maraqlarını təmsil edir:

“Artsax” (Qarabağ-red.) məsələsi əvəzinə xaricdə "məxməri" inqilabımızı reklam edirdi. O, 2018-2019-cu illərdə həqiqətən də Türkiyənin əlinə işləyərək, “erməni soyqırımı” məsələsini Ermənistanın diplomatik gündəmindən çıxardı. O qədər zəif idi ki, müharibə zamanı diplomatik cəbhədə ciddi bir uğur qazanmadıq”.

Aşotyan daha sonra Qarabağdakı məğlubiyyətdən söz açıb və iqtidardakıların vicdanının olmadığını söyləyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Nikol   xain  





Xəbər lenti