Rusiya sülhməramlıları Xankəndinə daxil olub

 Rusiya sülhməramlıları Xankəndinə daxil olub
  13 Noyabr 2020    Oxunub:2347
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsas qüvvələri öz məsuliyyət bölgələrində yerləşdirilməyə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu Xankəndi şəhərinə daxil olub, önxətt bölmələri isə Şuşa şəhərinin yaxınlığında müşahidə məntəqələrinin yerləşdirilməsinə başlayıblar.

Rusiya MN rəsmisi qeyd edib ki, Dağlıq Qarabağda və Laçın dəhlizində tərəflərin təmas xətti boyunca 10 müşahidə postu yerləşdirilib.

Azvision.az



Teqlər: Xankəndi  





Xəbər lenti