Ermənistanın hökumət evinə ciddi ziyan dəyib

Ermənistanın hökumət evinə ciddi ziyan dəyib
  12 Noyabr 2020    Oxunub:1550
Ermənistan baş nazirinin ofisi cümə günündən etibarən öz işini tam bərpa edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparat rəhbəri Eduard Ağacanyan “Facebook” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, son iki gündə hökümət evinin əmlakına iğtişaşlar nəticəsində xeyli ziyan dəydiyindən aparatın normal işləməsini təmin etmək mümkün olmayıb.

"Bu gün işi bərpa etmək qismən mümkün oldu, sabah baş nazirlik ofisi tam olaraq işə başlayacaq. İğtişaşların günahkarları müəyyənləşdirilib və saxlanılıb. Digərlərinin tapılması üçün işlər aparılır. Bütün günahkarlar qanun qarşısında cavab vercək”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti