Paşinyanın iqamətgahını qarət edənlər saxlanıldı

Paşinyanın iqamətgahını qarət edənlər saxlanıldı
  12 Noyabr 2020    Oxunub:1731
Ermənistan Milli Təhlükəsizlik Xidməti noyabrın 10-da gecə saatlarında baş nazir Nikol Paşinyanın hökumət iqamətgahında soyğunçuluq edən 3 nəfəri saxlayıb.
Azvision.az erməni KİV-ə istinadla şübhəlilər noyabrın 11-də saxlanılıb.

Onlardan ikisinin üzərində oğurlanan əşyalar aşkarlanıb. Üçüncü şəxslə bağlı aparılan araşdırmalar zamanı oğurlanmış əşyaların digər qismi tapılıb. Baş nazirin oğurlanmış kompüteri, saatı, ətiri, sürücülük vəsiqəsi, hərbi bileti və digər əşyalar tapılıb.

Saxlanılan şəxslər zorakılıqla müşahidə olunan kütləvi iğtişaşların təşkili, soyğunçuluq, mülkiyyəti məhv etmək, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq, ölkənin Konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırış, Prezident, Milli Məclis, hökumət və Konstitusiya Məhkəməsinə zor tətbiqi ilə hədələmə, soyğunçuluq, pasport və digər vətəndaş sənədlərini oğurlamaqda ittiham olunurlar.

Onlar barəsində cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MilliTəhlükəsizlikXidməti  





Xəbər lenti