Bir kiloqramdan çox marixuana satarkən tutuldu

Bir kiloqramdan çox marixuana satarkən tutuldu
  07 Fevral 2014    Oxunub:4227
Balakən rayon sakini bir kiloqramdan çox marixuananı satarkən tutulub.
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az –a bildiriblər ki, Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Hacı Baklarov bir kiloqram 230 qram marixuananı 3300 dollara satarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti