Gürcüstanda bir gündə 45 nəfər virusdan öldü

Gürcüstanda bir gündə 45 nəfər virusdan öldü
  11 Noyabr 2020    Oxunub:1278
Gürcüstanda son sutka ərzində 2911 nəfər koronavirusa yoluxub, 45 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

Ölkə üzrə ümumi yoluxma sayı 66 561-ə çatıb. İndiyədək 49 811 xəstə sağalıb, 566 nəfər dünyasını dəyişib. Hazırda karantində 2 656, stasionar nəzarətdə isə 4 878 nəfər saxlanılır.

Qeyd edək ki, son vaxtlar Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir.

Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti