“Dövlət 45 gündür hamımızı aldadır” - Ermənistanda etirazlar səngimir

 “Dövlət 45 gündür hamımızı aldadır” -  Ermənistanda etirazlar səngimir
  11 Noyabr 2020    Oxunub:3042
“Dövlət 45 gündür hamımızı aldadır”.
Azvision.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin mətbuat katibi Gevorg Emin-Teryan deyib. O bildirib ki, bütün bu olanlara rəğmən heç kim istefa vermədi, üzr istəmədi:

“Təslimçilik müqaviləsinin elanından bir gün keçdi. Məlum oldu ki, dövlət 45 gün ərzində hamımızı aldadıb. Son hadisəyə görə heç kim istefa vermədi, kimsə də üzr istəməyib. Bunun əvəzinə baş nazir öldürülmüş əsgərlər üçün intiqam almağa çağırır və müdafiə naziri təslimçilik müqaviləsindən, məğlubiyyətimizdən danışır”.

Qeyd edək ki, Azərbaycana qarşı məğlubiyyəti həzm edə bilməyən ermənilər baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan   Etiraz  





Xəbər lenti