Tonoyan Azərbaycan Ordusunun gücünü etiraf etdi

 Tonoyan Azərbaycan Ordusunun gücünü etiraf etdi
  11 Noyabr 2020    Oxunub:2235
Qarabağ müharibəsinə son qoyulması barədə razılığın xəyanət kimi qiymətləndirilməsi təhqiramizdir.
Azvision.az “Aysor.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

“Ermənistan silahlı qüvvələri, müdafiə nazirliyinin bütün sistemi, hökumətin uğur qazanmağımız üçün əlindən gələni etməsinə baxmayaraq, Qarabağ müharibəsinə son qoymaq üçün əldə edilmiş razılığın xəyanət və ya məğlubiyyət olduğu barədə dəyərləndirmələr təhqiramizdir”.

Onun sözlərinə görə, Ermənistan tərəfi silah və texnika tədarükünün mühasirəsi şəraitində hərəkət etdikdə geosiyasi vəziyyət yarandı: “Biz çox böyük bir qüvvəyə - super silahlı Azərbaycan Ordusuna qarşı olduq. Məndən “niyə silahlanmadınız” deyə soruşa bilərsiniz? Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.

Tonoyan, həmçinin rusiyalı sülhməramlıların yerləşdirilməsinin Qarabağ müharibəsinə son qoyulması üçün ən yaxşı seçim olduğunu əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DavidTonoyan  





Xəbər lenti