Pakistan XİN Qarabağ razılaşmasını alqışlayır

Pakistan XİN Qarabağ razılaşmasını alqışlayır
  11 Noyabr 2020    Oxunub:1987
Pakistan beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllini davamlı olaraq dəstəkləyir. Müvafiq tərəflərin hərbi əməliyyatların dayandırılması barədə son açıqlamasını alqışlayırıq.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması üçün yeni bir fürsət təklif edir. Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmasına yol açacağına ümid edirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan  





Xəbər lenti