Türkiyədə COVID-19-dan daha 87 nəfər öldü

Türkiyədə COVID-19-dan daha 87 nəfər öldü
  11 Noyabr 2020    Oxunub:1450
Türkiyədə son sutka ərzində 87 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 2529 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 11 059, virusa yoluxanlar isə 399 360 nəfərə çatıb.

Türkiyədə indiyədək 342 501 pasiyent (son sutkada 2215 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər:





Xəbər lenti