Ermənistanın müdafiə naziri: “Biz narahat deyilik”

Ermənistanın müdafiə naziri: “Biz narahat deyilik”
  06 Fevral 2014    Oxunub:1096
Ermənistan Müdafiə naziri parlamentdə “hökumət saatı” çərçivəsində 2014-cü ildə yeni silahların alınacağını bildirib.
Onun sözlərinə görə, Ermənistan uzağı vuran və yüksək dəqiqliyə malik raket sistemləri, avtomatik idarəetmə və rabitə sistemləri, Hava Hücumundan Müdafiə Sistemləri üçün əlavə elementlər və s. müasir texnika alacaq.

Seyran Ohanyanın sözlərinə görə, bundan başqa xüsusi hərbi hissələrin və xüsusi təyinatlı dəstələrin genişləndirilməsi də nəzərdə tutulub. Silah və hərbi texnikanın alınması isə 2012-ci ildə Rusiya ilə Ermənistan Müdafiə Nazirlikləri arasında imzalanmış müqaviləyə əsasən həyata keçiriləcək.

“Türkiyənin mövcudluğunu və Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlığı nəzərə aldıqda Rusiya ilə razılaşma çərçivəsində biz ölkəmizin təhlükəsizliyini yeni səviyyəyə qaldırırıq”-deyə Seyran Ohanyan bildirib.

Sonda isə Ermənistanın Müdafiə naziri ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı heç bir narahatlığa əsas olmadığını əlavə edib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti