Rusiya Qarabağa sülhməramlılardan ibarət 22 təyyarə göndərir

Rusiya Qarabağa sülhməramlılardan ibarət 22 təyyarə göndərir
  10 Noyabr 2020    Oxunub:2442
Rusiya Qarabağa sülhməramlılardan ibarət 22 İl-76 hərbi nəqliyyat təyyarəsi göndərəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Milli Müdafiə İdarəetmə Mərkəzinin yaydığı videoda bildirilir.

“Rusiya hərbi kontingentinin hərbi-nəqliyyat aviasiyası təyyarələri ilə daşınma qrafikini dəqiqləşdirirəm: 11 təyyarə təyinat aerodromlarına uçuşları yerinə yetirir, 11 təyyarə yüklənib, uçuş zamanını gözləyir", - deyə mərkəz işçiləri Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsevə hesabat veriblər.

Mizintsev təyyarələrin uçuş qrafikinin dəqiqləşdirilməsini, Ermənistan və Azərbaycanın hava məkanından istifadə etməklə iki İl-76 təyyarə qrupunun eyni vaxtda fəaliyyət göstərməsini təmin etməyi tapşırıb. Onun sözlərinə görə, üç təyyarədən ibarət qruplar 3 saatdan artıq olmayan intervalla uçuşları yerinə yetirəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Rusiya  





Xəbər lenti