Amerika hərbi gəmiləri Qara dənizə daxil olub
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi, kontr-admiral Con Kirbinin sözlərinə görə, gəmilər xarici ölkələrin limanlarına daxil olacaq və təlimlər keçirəcək. Rusiya tərəfinin məlumatına görə, Amerika gəmilərinin Rusiya tərəfinin ərazi sularına daxil olması planlaşdırılmayıb.
Bir neçə gün öncə, rus KİV-ləri Pentaqondakı mənbələrə istinadən xəbər vermişdilər ki, Amerika hərbi gəmiləri “Maunt Uitni” və “Remec” göyərtələrindəki 600 dəniz piyadası ilə birlikdə Rusiya sahillərinə irəliləyir.
Yanvarda isə Pentaqon nümayəndələri Olimpiya Oyunlarında təhlükəsizliyin təmin olunmasında yardım etməyə hazır olduqlarını bildirmişdi. Qeyd olunurdu ki, gəmilər Oyunların keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə zamanı Rusiya tərəfinə yardım etməyə hazır olacaq.
Qara dənizlə bağlı imzalanmış beynəlxalq müqaviləyə əsasən bu dənizə çıxışı olmayan ölkələr Bosfor və Dardanel boğazlarından keçdikdən sonra yalnız 21 gün Qara dəniz akvatoriyasında qala bilər.
Xatırladaq ki, Qış Olimpiadası fevralın 7-dən 23-ə qədər keçiriləcək.
Vüqar İsmayılov
Teqlər: