Putindən Qarabağla bağlı açıqlama: “Baş verənlər faciədir”

 Putindən Qarabağla bağlı açıqlama:  “Baş verənlər faciədir”
  10 Noyabr 2020    Oxunub:3991
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda baş verənləri böyük faciə adlandırıb.
Azvision.az -ın məlumatına görə, Rusiya lideri vəziyyətin nizamlanması üçün atılan addımların sülhün bərqərar olmasına gətirəcəyinə ümid edib.

“Qarabağda baş verənlər həqiqətən böyük bir faciədir. Uzlaşma və qan tökülməsinin dayandırılmasına dair əldə olunmuş razılaşmaları böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Son zamanlarda atdığımız bütün addımların Azərbaycan və Ermənistan xalqlarının rifahı naminə uzunmüddətli sülhün bərqərar olmasına gətirəcəyinə ümid edirəm”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti