Ermənistan itkilərinin sayını açıqladı

Ermənistan itkilərinin sayını açıqladı
  10 Noyabr 2020    Oxunub:2808
Ermənistan tərəfi üçtərəfli razılaşmadan əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 81 hərbçisinin adını açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1302-yə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları döyüşlərə cəlb edib. Onların ölüm statistikası aparılmır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti