“Qardaşlarımızla bir olmağa davam edəcəyik” - Hulusi Akar

“Qardaşlarımızla bir olmağa davam edəcəyik” -  Hulusi Akar
  10 Noyabr 2020    Oxunub:2599
“30 ilə yaxındır işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün ədalətli mübarizə aparan və bu mübarizəni müdrikliklə bitirən Azərbaycan türkü qardaşlarımızı zəfər münasibətilə təbrik edirik.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"İmzalanmış atəşkəs müqaviləsindəki şərtlərin yerinə yetirilməsi, işğal olunmuş bütün ərazilərin Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlığın bərpası prosesində can azərbaycanlı qardaşlarımızla bir olmağa davam edəcəyik", - deyə H.Akar qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar  





Xəbər lenti