“İşğalçı Ermənistan bunun hesabını ödəyir” - Çavuşoğlu

 “İşğalçı Ermənistan bunun hesabını ödəyir” -  Çavuşoğlu
  10 Noyabr 2020    Oxunub:2055
Güclü Azərbaycan Ordusu işğal edilmiş torpaqlarını işğalçı Ermənistanın əlindən bir-bir aldı. Ən sonunda Paşinyan və Ermənistan təslim olmaq məcburiyyətində qaldı.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, son günlər Türkiyə Azərbaycan və Rusiya ilə müntəzəm təmasda olub.

"Dünən gecə atəşkəs razılaşması imzalandı. İndi bunun necə həyata keçiriləcəyi məsələsi var. Bu məsələdə müzakirələrimiz davam edir. Əvvəldən həm meydanda, həm masada qardaş Azərbaycanın yanında olduq. Dünənki açıqlamasında Prezident İlham Əliyev bunu açıq şəkildə söylədi. Bundan sonra da qardaş Azərbaycanın yanında olacağıq".

Çavuşoğlu razılaşmanı Azərbaycan üçün böyük müvəffəqiyyət, zəfər adlandırıb: "30 ildir işğal edilən torpaqlar geri alınır, ətraf 7 rayon işğal altında idi. Daha öncə bir sıra formullar var idi. Meydanda qazandığı uğurların da faydası ilə 7 rayon qardaş Azərbaycana təslim ediləcək. Azərbaycan bunların 4-nü geri alıb, birində də irəliləmələr vardı. Kəlbəcər və Laçının qaytarılması ilə bağlı bəyanatda razılaşma var. Həm işğalçı, həm də hücum edən tərəf olan Ermənistan bunun hesabını ödəyir. Türkiyə indiyədək Azərbaycana ən güclü dəstəyini göstərib, bundan sonra da tam dəstəyimiz davam edəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti