Paşinyan Azərbaycanın gücünü etiraf etdi

 Paşinyan Azərbaycanın gücünü etiraf etdi
  10 Noyabr 2020    Oxunub:2275
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayarkən sülh razılaşmasını niyə imzalamadıqlarını açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bunun səbəbi kimi həmin razılaşmanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutmasını göstərib.

“Biz belə bir addım ata bilməzdik, çünki inanırdıq ki, atəşkəsi imzalamaqda maraqlı olmayaq və bunu düşmənin üzərinə qoyaq, onu buna məcbur edək. Təəssüf ki, bu, baş vermədi".

Paşinyan, həmçinin Azərbaycanın gücünü etiraf edib. Bildirib ki, ötən müddət ərzində Azərbaycan öz maliyyə və hərbi gücünü artırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti