"Tarixin faciəvi səhifəsi zəfərlə başa çatdı" - Mustafa Şentop

   "Tarixin faciəvi səhifəsi zəfərlə başa çatdı" -    Mustafa Şentop
  10 Noyabr 2020    Oxunub:1523
Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət ki, düşmən tərəfindən də qəbul edildi. Ermənistan işğal edərək qətliamlar həyata keçirdiyi Qarabağdan çəkilməyə və təslim olmağa məcbur qaldı.
Azvision.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop özünün “Twitter” hesabında paylaşıb.

Türkiyə parlamentinin sədri yazıb: “Tarixin faciəvi səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Azərbaycan bayrağı və azan Qarabağda yenidən yüksəldi”.

Azvision.az




Teqlər: Qarabağ   Türkiyə   Təbrik  





Xəbər lenti