Erməni spikeri döyənlərdən ikisi saxlanıldı

Erməni spikeri döyənlərdən ikisi saxlanıldı
  10 Noyabr 2020    Oxunub:1609
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyana hücum edənlərdən iki nəfəri saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı 2 nəfər həbs olunub.

Xatırladaq ki, dünən Qarabağa dair razılaşma imzalandıqdan sonra Ermənistanda etirazçılar parlament binasına daxil olub və Mirzoyana xəsarət yetiriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AraratMirzoyan  





Xəbər lenti