Rusiya sülhməramlılarının olduğu 9 təyyarə Qarabağa yola düşdü

Rusiya sülhməramlılarının olduğu 9 təyyarə Qarabağa yola düşdü
  10 Noyabr 2020    Oxunub:3140
Rusiyadan göyərtəsində sülhməramlıların olduğu 9 təyyarə Dağlıq Qarabağa yola düşüb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, əvvəlcə 5, daha sonra 4 “İl-76” təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yollanıb. Təyyarələrdə sülhməramlıların şəxsi heyəti, avtomobil texnikası, hərbi zirehli nəqliyyat vasitələri və materiallar var.

Ümumilikdə əraziyə 1960 hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdiriləcəyi nəzərdə tutulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti