İrəvanda deputatların ofisləri dağıdıldı - VİDEO

İrəvanda deputatların ofisləri dağıdıldı -  VİDEO
  10 Noyabr 2020    Oxunub:2921
Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin bitdiyini və ərazilərin təslim olduğunu elan etdikdən sonra bir qrup etirazçı Ermənistan parlamentinin binasına daxil olub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar deputatların ofislərini dağıdıblar.

Hadisə ilə bağlı yayılmış videokadrlarda etirazçıların şkafları necə çevirdikləri, müxtəlif əşyaları, sənədlər və bir sıra digər avadanlıqları necə dağıtdıqları görünür.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti