Soçidə ilk yarışlar start götürdü
Oyunların rəsmi açılış mərasiminə bir gün qalmış fiqurlu konkisürmə üzrə kişilərdə və cütlüklər arasında komanda yarışları keçiriləcək. Snoubordçular isə sloupstayl növündə yarışlara qoşulacaq. Artıq ilk iştirakçılar “Roza Xutor” ekstrim parkında mübarizəyə qoşulublar.
Soçi Oyunlarının ilk iştirakçısı sloupstayl turnirində iştirak edən britaniyalı Billi Morqan olub.
Sloupstayl da snoubordçu müxtləif akrobatik hərəkətlərələ maneələri dəf etməlidirlər. Əsas favorit kimi bu sahədə amerikalı Şon Uayt göstərilirdi. Lakin onun zədələnməsindən sonra əsas qələbə şansları kanadalı Maksens Parrota aid edilir. Qadınlar rasında isə favorit digər amerikalı Ceymi Anderson hesab olunur.
Rusiya, ABŞ, Yaponiya, Almaniya və Norveçin qələbəyə əsas namizədlər hesab olunur.
Vüqar İsmayılov