Ermənistan yüzlərlə PKK terrorçusunu Qarabağa gətirdi
Bildirilir ki, Ermənistan PKK/ YPG terror qruplaşmasından yüzlərlə yaraqlını döyüş bölgəsinə gətirib. Kürd qruplarına aid 300-ə yaxın terrorçu artıq Dağlıq Qarabağa yerləşdirilib.
Məlumata görə, terrorçuların gətirilməsi Ermənistanla PKK arasında iyul ayının sonlarında bağlanmış gizli razılaşmanın nəticəsidir. Kürd yaraqlıların təlim keçdiyi ermənilər Azərbaycanın mülki yaşayış məntəqələrinə hücumlar həyata keçirir. Silahlılar əsasən İran, bəzən də Şimali İraqdan tranzit yollarla Ermənistana yollandıqlarını bildirirlər.
Xatırladaq ki, döyüş əməliyyatları başlayandan çoxsaylı terrorçuların və muzdluların Ermənistan tərəfindən Dağlıq Qarabağa gətirilməsi barədə xarici KİV-lərdə bundan əvvəl də çoxsaylı məlumatlar dərc edilib.
Pərvanə Sultanova
Azvision.az