Qubada UAZ çaya düşüb

Qubada UAZ çaya düşüb
  06 Fevral 2014    Oxunub:1437
Qubada UAZ çaya düşüb, 3 nəfər xilas olunub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Quba rayonu, Qorxmazoba kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "UAZ" markalı minik avtomobili yolun buzlu olması səbəbindən çaya düşüb. Nəticədə avtomobilin sürücüsü və iki sərnişin köməksiz vəziyyətdə qalıb.

Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşların təhlükəsiz əraziyə çıxmalarına şərait yaradılıb.


Teqlər:





Xəbər lenti