Bir-birini qıran `Xəvaric` və `Sələfi`lərin həbs müddəti uzadıldı

Bir-birini qıran `Xəvaric` və `Sələfi`lərin həbs müddəti uzadıldı
  06 Fevral 2014    Oxunub:1690
Sumqayıtda silahlı münaqişəyə görə saxlanılan dini təriqət üzvlərinin həbs müddəti uzadıldı.
Sumqayıtda aralarında münaqişə zəminində saxlanılan dini təriqətlərin on üzvünün həbs müddəti daha iki ay uzadılıb.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bu şəxslər haqqında ötən il dekabrın 15-də iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, dekabrın 11-də Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə “Xəvarici” və “Sələfi” təriqətinin üzvləri arasında fikir ayrılığı zəminində münaqişə baş verib. “Çay evi”nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahlardan istifadə edilib.

Saxlanılanlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirli bilinirlər.


Teqlər:  





Xəbər lenti