78 yaşlı tənha qoca evsiz qaldı

78 yaşlı tənha qoca evsiz qaldı
  06 Fevral 2014    Oxunub:1217
Yevlax rayonunun Xaldan kəndində tənha yaşayan 78 yaşlı qocanın evi yanıb. Hadisə 1935-ci il təvəllüdlü Şövkət Şirin oğlu Şirinovun evində baş verib.

AzVision.az El TV-yə istinadən xəbər verir ki, ilkin versiyaya görə, 2 otaqlı gil palçıq və qamışdan tikilmiş ev elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanıb. 78 yaşlı qoca hadisə anında evdə yatıb. O, güclü yanğının səsindən oyanaraq alovu söndürmək istəyib.

Lakin buna nail ola bilməyib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İndi 78 yaşlı tənha qoca soyuq qış günlərini yanmış evin divarları arasında keçirmək məcburiyyətindədir.


Teqlər:





Xəbər lenti