“Bild”in redaktorundan ermənilərə müraciət: “Yazıq olduğunuzu söyləməyin!”

“Bild”in redaktorundan ermənilərə müraciət:  “Yazıq olduğunuzu söyləməyin!”
  03 Noyabr 2020    Oxunub:4115
“Ciddi deyirəm, əziz ermənilər, mənə “etnik təmizləmələr” və “öz vətəninizi necə müdafiə etdiyiniz” barədə danışmağı dayandırın. Siz Azərbaycan ərazisində savaşırsınız və yüz minlərlə insanı oradan köçkün salmısınız. Ağdam sizin törətdiyinizin ən gözəl nümunəsidir”.
Azvision.az xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke Ağdamın işğalöncəsi və yeni görüntülərini paylaşaraq tvitterdə yazıb.

“Əlbəttə, bu, Qarabağdan heç bir erməni dinc sakinin qovulması üçün əsas deyil. Lakin mənə özünüzün yazıq qurban olduğunuzu və “Azərbaycan terrorçularının” sizə niyə hücum etməsini anlamadığınızı söyləməyin. Siz onların torpağında döyüşürsünüz. Bunun əksi deyil”, - o qeyd edib.



Azvision.az


Teqlər: BİLD   Qarabağ  





Xəbər lenti