Döyüşdən qaçan erməni məmurlar cəzalandırılır

 Döyüşdən qaçan erməni məmurlar cəzalandırılır
  03 Noyabr 2020    Oxunub:2533
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılan separatçı rejimin rəhbərliyi döyüşdən yayınanları hədələyib.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın adından açıqlama yayılıb.

Məlumatda xüsusilə səfərbərliyə şamil olunan, lakin döyüş əməliyyatlarında iştirakdan yayınan bütün məmurların işdən çıxarılacağı və məsuliyyətə cəlb olunacağı qeyd olunub.

Müharibə başlayandan bəri Ermənistan ordusunda fərarilik və xaos hökm sürür. Buna görə də ermənilər orduya muzdluları və terrorçuları cəlb edir.

Xatırladaq ki, bir neçə gündür Arayik Arutyunyanın Qarabağda məhv edilməsi barədə məlumatlar yayılıb. Separatçı qurum hələ də onun sağ olmasına dair sübut təqdim etməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti