Ermənistanda terrorçuların orduya cəlb olunması qanuniləşdi

Ermənistanda terrorçuların orduya cəlb olunması qanuniləşdi
  03 Noyabr 2020    Oxunub:1833
Ermənistan parlamentində könüllü dəstələrin komandanlığının yaradılması haqqında qanun ikinci və yekun oxunuşda qəbul edilib.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, bununla Ermənistan hakimiyyəti muzdluları “könüllü dəstələr” adı altında formalaşdırdığını qanuni formada etiraf edib.

Xatırladaq ki, Ermənistan ordusunda "könüllü" adı ilə muzduların, terrorçuların döyüşməsinə dair çoxsaylı faktlar mövcuddur. Bu faktlar xarici KİV-lərdə də öz əksini tapıb. İşğalçı ölkə sözügedən qanunu qəbul etməklə ordusunda terrorçuların və muzdluların fəaliyyətinə hüquqi don geyindirib.

Qanuna əsasən, həmin dəstələrə bələdiyyə başçısının müavinləri komandanlıq edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: muzdlu  





Xəbər lenti