İranda virusdan ölənlərin sayı 36 mini ötdü

İranda virusdan ölənlərin sayı 36 mini ötdü
  03 Noyabr 2020    Oxunub:1935
İranda daha 422 nəfər koronavirusun qurbanı olub.
Azvision.az IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, İranda ümumilikdə 36 160 nəfər virusdan vəfat edib.

Son sutkada rekord sayda - 8 932 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 637 712-yə yüksəlib.

Məlumatda həmçinin, 495 473 nəfərin sağaldığı vurğulanıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti