Fransa vətəndaşı oğlu ilə birlikdə Qarabağda döyüşür

 Fransa vətəndaşı oğlu ilə birlikdə Qarabağda döyüşür
  03 Noyabr 2020    Oxunub:4366
Ermənistan ordusunda muzdluların, terrorçuların döyüşməsinə dair çoxsaylı faktlar mövcuddur. Xarici KİV-lərdə bu barədə müxtəlif məlumatlar dərc edilir. Həmçinin, qanunsuz olaraq digər ölkələrin vətəndaşları olan erməni mənşəli şəxslər döyüşmək üçün Qarabağa gəlirlər.
Azvision.az xəbər verir ki, 45 yaşlı Fransa vətəndaşı Hrayr Keroqlyan hərbi əməliyyatların başlamasından dərhal sonra Qarabağa yola düşüb.

O, özü ilə böyük oğlunu da gətirib. Keroqlyan Suriyanın Hələb şəhərində erməni ailəsində anadan olub. On yaşında Fransaya köçüb. Bu il sentyabrın 27-də döyüşlərin başlamasından dərhal sonra böyük oğlunu da götürüb Ermənistana qayıdıb.

Keroqlyan dünya ermənilərini Qarabağda döyüşə çağırıb.

Qeyd edək ki, bundan əvvəl də Fransa vətəndaşı olan bir qrup erməni Azərbaycana qarşı döyüşmək üçün Qarabağa gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti