Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
  03 Noyabr 2020    Oxunub:1798
Türkiyədə son sutka ərzində 76 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 2302 yeni yoluxma halı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 10 402, virusa yoluxanlar isə 379 775 nəfərə çatıb.

Türkiyədə indiyədək 327 007 pasiyent (son sutkada 1521 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti