Hakimiyyəti tənqid edən jurnalistə 12 il iş kəsildi

Hakimiyyəti tənqid edən jurnalistə 12 il iş kəsildi
  05 Fevral 2014    Oxunub:1170
Jurnalist Vəjdi əl-Qizzavi “hökmdara tabe olmamaq” və “mənəviyyatsız böhtanlar” ittihamı ilə 12 il azadlıqdan məhrum olunub.
AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, jurnalist Vəjdi əl-Qizzavi hakimiyyəti tənqid etməkdən başqa “Əl-Qaidə” terror təşkilatı ilə əlaqələrdə və terrorçuluğu yaymaqda ittiham olunurdu.

Ər-Riyad cinayət məhkəməsi Vəcdi əl-Qəzzaviyə 20 il ərzində ölkəni tərk etməyə və jurnalistika ilə məşğul olmağa qadağa qoyub.

Budan əlavə, ittiham olunan şəxs Səudiyyə Ərəbistanın düşmənləri ilə ünsiyyətə girərək onlardan “şübhə yaradacaq miqdarda pul” almaqda günahlandırılır. Jurnalistlərin məlumatına görə, 2009-cu ildə əl-Vəjdi devrilmiş Liviya diktatoru Müəmmər Qəddafi ilə də görüşüb.

Ərəb jurnalist internet vasitəsilə kral hakimiyyətini tənqid etməkdə və vətəndaşların hüquqlarını məhdudlaşdırmaqda ittiham olunur.

Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanında terrorizmlə mübarizə ilə bağlı yeni qanun qüvvəyə minib. Qanuna görə, kral hakimiyyətini devirməyə çağırış və bəyanat terrorizm kimi dəyərləniriləcək.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti