Şotlandiya da eynicinsli nigahları rəsmləşdirdi

Şotlandiya da eynicinsli nigahları rəsmləşdirdi
  05 Fevral 2014    Oxunub:1489
Ölkə parlamenti kilsənin ciddi müqavimətinə baxmayaraq qanunu qəbul edib.
Şotlaniya parlamenti eynicinsli nigahların qanuniləşdirməsi ilə bağlı qərar verib.

Bununla yanaşı, qanunvericilər dini təşkilatlara, xüsusən kilsələrə belə nigahları öz ərazisində qeydə almamağa icazə veriblər. Həmçinin, dindarlar cinsi azlıqları diskriminasiya etmək ittihamından azad olunacaqlar.

Səsvermədə 105 nəfər qanunu dəstəkləsə də, 18 nəfər buna etiraz edib. Şotlandiya Səhiyyə naziri Aleks Neyl ilk homoseksual nigahların 2014-cü ilin payızından tez olmayaraq bağlana biləcəyini açıqlayıb.

Neyl bununla yanaşı, hökumətin “geylər və lezbiyanlar üzərində nigah ayinlərini icra etmək istəməyən dini qrupların qərarına da hörmətlə yanaşacaqlarını diqqətə çatdırıb.
Ölkədə eynicinsli nigahlara qarşı şotland Katolik və Protestant kilsələri qarşı çıxır. Buddistlər isə qanunu dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Hazırda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının İngiltərə və Uels kimi subyektləri eynicinsli nigahları tanıyıblar. Şotlandiyanın da qərarı dəstəkləməsindən sonra Şimali İrlandiya analoji qanunu qəbul etməyən yeganə ölkə olacaq. Xatırladaq ki. dünyanın 16 ölkəsində homoseksual nigahları rəsmləşdirilib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti