Əlcəzair səfirliyində seçki məntəqəsi açıldı

Əlcəzair səfirliyində seçki məntəqəsi açıldı
  01 Noyabr 2020    Oxunub:1918
Əlcəzairin Azərbaycandakı səfiriliyində seçki məntəqəsi yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə 1 noyabr Əlcəzairin milli bayramı ilə bağlı bu ölkənin Azərbaycandakı səfiri xanım Səlimə Abdelhaqqın müraciətində deyilir.

Xanım səfir bildirib ki, 1954-cü ilin 1 noyabr tarixində, 132 illik müstəmləkəçilikdən sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair, hər il bu tarixdə şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir.

"2020-ci ildə Əlcəzair üçün möhtəşəm bir hadisə olan azadlıq mübarizəmizin 66-cı ildönümü qeyd olunur. Doğrudur, hazırki sanitar vəziyyət bizə tədbiri ən yüksək səviyyədə qeyd etməyə imkan verməsə də, bu, Əlcəzair xalqına ata-baba yurdumuzun işğalı və istilasına son qoymaq üçün həyata keçirdiyi azadlıq mübarizəsinin xatirəsini sevinc və qürurla yad etməsinə mane olmayacaqdır.

Bu anma, xalqımız tərəfindən böyük fədakarlıqlar, qan və göz yaşları bahasına şərəfli və cəsarətlə aparılan silahlı mübarizə dastanlarını xatırlamaq üçün bir fürsətdir. Bu anım günü, bizə şəhidlərimizin və cəsarətli mücahidlərimizin, dünyadan gedənlərin xatirəsinə, həm də Allahın iznilə həyatda qalanlara bir anlıq vətənpərvərlik və minnətdarlığımızı bildirmək üçün imkan verir.

Həqiqətən, bir əsrdən artıq bir müddət ərzində müstəmləkəçi doktrinası, ardıcıl inqilabları ilə cəsarət və qəhrəmanlıqla işğala tam və səmimi şəkildə qarşı çıxan Əlcəzair uşaqlarının, qadın və kişilərinin döyüşkənliyi və müqaviməti bu, uzun bir müstəmləkə gecəsindən sonra Əlcəzair xalqının dirçəlməsinə gətirib çıxardı.

Sarsılmaz bir inanca sahib olan xalqımız, müqəddəs torpaqlarında varlığının davamlı olmasına güvənən müstəmləkəçiliyə qarşı şiddətli bir mübarizə apardı. Beləliklə, 1 noyabr əlcəzairlilərin qəlbində və şüurunda əbədi həkk olunmuş bir tarixdir. Əlcəzair xalqının etdiyi bütün fədakarlıqlar Şanlı İnqilabımızı xalqların azadlıq və ləyaqət uğrunda apardıqları inqilabların ön planına qaldırdı.

Bu unudulmaz ildönümünün qeyd olunması əslində bir-birinin ardınca gələn nəsillər vasitəsilə yaddaşlarda möhürlənməsi üçün son dərəcə əhəmiyyətli bir dayanacaqdır".

S.Abdelhaaqın sözlərinə görə, 1 noyabr 2020-ci il xalq referendumu ilə təqdim ediləcək Konstitusiya dəyişiklikləri layihəsi, digər vacib yeni müddəalara əlavə olaraq, fərdi və kollektiv azadlıqların möhkəmlənməsini və dövlət quruluşunun vətəndaşın müstəsna xidmətində və ümumi mənafelərində ahəngdar, demokratik və şəffaf fəaliyyətini təmin etmək üçün Əlcəzair qurumlarının təşkilində bir sıra dərin dəyişiklikləri ehtiva edir.
Bakıda yaşayan Əlcəzair icmasının üzvləri 31 və noyabrın 1-də səfirliyə Əlcəzairin Bakıdakı Səfirliyi, oktyabrın 31 oktyabr və 1 noyabrda səfirliyə gəlib səs verə bilərlər.

Azvision.az


Teqlər: Əlcəzair  





Xəbər lenti