Ermənilər Goranboya raket atdı, ölən var

  29 Oktyabr 2020    Oxunub : 2551
 Ermənilər Goranboya raket atdı,  ölən var
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

"Raket evin damına düşüb. Ermənistan müharibə cinayətlərini davam etdirir", - Prezidentin köməkçisi yazıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Goranboy   Raket