Qadın evində ölü tapıldı

Qadın evində ölü tapıldı
  05 Fevral 2014    Oxunub:1098
Bu gün axşam saatlarında Şirvan şəhəri H.Əliyev prospekti 42, mənzil 12 ünvanında yaşayan 1941-ci il təvəllüdlü qadının meyiti aşkarlanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri həmin şəxsin mənzilinin qapısın dəfələrlə döysələr də, heç bir reaksiya olmadığını görərək mənzilin giriş qapısını xüsusi alət və avadanlıqlarla açaraq içəri giriblər.

Mənzilə baxış keçirilərkən Abdullayeva Güllü Əhməd qızı hərəkətsiz vəziyyətdə aşkarlanıb və ilkin müayinə nəticəsində G.Abdullayevanın vəfat etdiyi müəyyən olunub.


Teqlər:





Xəbər lenti