“Vəziyyət nəzarətdən çıxıb, Paşinyan istefa verməlidir”

“Vəziyyət nəzarətdən çıxıb, Paşinyan istefa verməlidir”
  27 Oktyabr 2020    Oxunub:2472
Ermənistanda Paşinyanı istefaya çağıranların sıraları genişlənir.
Azvision.az xəbər verir ki, bu dəfə erməni ziyalı, əməkdar artist və rejissor Vigen Stepanyan keçmiş baş nazir Vazgen Manukyanın Ermənistan hökumətinin istefa çağırışına qoşulub. Yerevan.Today saytına müsahibəsində V. Stepanyan bilidrib ki, Paşinyan hökumətinin istefası Ermənistan üçün yeganə çıxış yoludur.

“Bu gün biz olduqca acınacaqlı vəziyyətdəyik. Təkcə “Artsax”ın yox, bütövlükdə Ermənistan Respublikasının təhlükəsizliyinə təhdidlər var. Ola bilər, müəyyən addımlar atılır, amma əminliklə deyə bilərəm ki, onların heç bir əhəmiyyəti yoxdur. Vəziyyət elə gərgindir ki, artıq nəzarətdən çıxıb, hadisələr çox sürətlə dəyişir, bizim isə gözləməyə vaxtımız yoxdur. Özümüzü aldatmayaq! Gücümüzü toplayıb, reallıqla üzləşməliyik! Beynəlxalq təşkilatlara şikayətlənməyin bir xeyiri olmayacaq. Mən keçmiş müdafiə naziri Vazgen Manukyanın çağırışına qoşuluram!”

Azvision.az -ın bir müddət əvvəl xəbər verdiyi kimi, 1990-1992- ci illərdə Ermənistanın baş naziri, 1992-1993 –cü illərdə müdafiə naziri olmuş, hazırda Milli Demokratik Birlik partiyasına sədrlik edən Vazgen Manukyan Paşinyan hökumətini istefaya çağırıb. Bildirib ki, hazırki hökumət könüllü olaraq hakimiyyəti orduya təhvil verməlidir, əks halda nəticələr ağır olacaq, Ermənistan hər şeydən məhrum ola bilər.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti