XİN Pakistana başsağlığı verdi

  27 Oktyabr 2020    Oxunub : 1713
XİN Pakistana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Pişavardakı mədrəsədə terror hücumu, uşaqlar da daxil olmaqla günahsız insanların öldürülməsi və yaralanması xəbəri bizi çox kədərləndirdi. Qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Pişavar