XİN rəhbəri: “Bu, tabutdakı son mismar olacaq”

  27 Oktyabr 2020    Oxunub : 2293
  XİN rəhbəri:  “Bu, tabutdakı son mismar olacaq”
Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması barədə qərarı bu ölkə rəhbərliyinin məsuliyyətsiz və avantürist siyasətinin zirvəsinə çevriləcək.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bunu etməklə, Ermənistan beynəlxalq hüquq normalarını tamamilə pozacaq, bütün ənənələr və beynəlxalq münasibətlərin əsaslarını rədd edəcək.

“Azərbaycan Ermənistanın ərazi iddialarının, erməni təcavüzünün və işğalının qurbanıdır. Bu, Rusiya Federasiyasının da daxil olduğu ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli üçün mövcud danışıqlar formatının tabutundakı son mismar olacaqdır", - deyə XİN rəhbəri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   Nazir   Ceyhun-Bayramov