Qaniçən erməni terrorçuları “keşiş” obrazında - FOTOLAR

  27 Oktyabr 2020    Oxunub : 3095
 Qaniçən erməni terrorçuları “keşiş” obrazında -  FOTOLAR
Adətən dinlər insanları sülhə, barışığa və əmin-amanlığa çağırır. Ermənistanda isə bunun tam əksini müşahidə edirik. İşğalçı ölkədə dindən siyasi və terror məqsədləri üçün istifadə artıq ənənə halını alıb. Tarixə nəzər saldıqda görərik ki, erməni kilsələri hər zaman qan tökməyin və terrorun arxasında dayanıb, bu gün də öz çirkin missiyasını davam etdirir.
Qarabağda aktiv müharibə başlayandan indiyədək erməni din xadimləri, kilsə rəsmiləri sülhdən daha çox müharibə çağırışları ilə diqqət çəkirlər. Erməni kilsələri yeni torpaqların zəbt olunması, döyüşlərin davam etdirilməsindən yana olduqlarını bəyan edir, bu məqsədlə gəncləri düşmənçilik ruhuna kökləyirlər.



Xristianlıq pərdəsi altında gizlənən erməni kilsələri ASALA və bu kimi digər terror təşkilatlarının maliyyələşməsində də aktiv rol oynayır. İndi isə Qarabağ döyüşlərində erməni din xadimləri özlərini kilsə görəvlisindən daha çox terrorçu yaraqlısı kimi aparır. Erməni dindarlar silaha sarılaraq gənclərə "döyüşə gedin" çağırışları edir, hərbi hissələrdə mülki şəxsləri öldürməyi hədəfləyən işğalçı əsgərlərə “müqəddəs” su paylayırlar.



Ermənistan mətbuatı və sosial şəbəkələrin erməni seqmentində yüzlərlə foto və videolara rast gəlmək olar ki, əli silahlı erməni keşişləri, cəbhədə döyüşən din xadimlərini görəsən. Bir müddət əvvəl Ermənistan adına açılan “Twitter” hesabında "inam və güc" sözləri ilə paylaşılan fotoşəkildə erməni keşiş bir əlində xaç, digər əlində silahla görüntülənmişdi.



Xatırladaq ki, bir-iki həftə əvvəl "Arsax" kilsəsi də müharibə çağırışları etmiş, hamını silaha sarılıb qan tökməyə səsləmişdi. “Arsax” kilsəsi bir yana, bütün ermənilərin katolikosu II Qareqin də dini dəyərləri tapdalayaraq bəyan edib ki, "Arsax" (Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi-red) heç bir statusda Azərbaycanın bir hissəsi ola bilməz. Bu çıxışı ilə terrorçulardan heç nə ilə fərqlənməyən katolikos erməniləri ölüm meydanına dəvət edib.



"Əziz övladlarımız, bu həlledici məqamda sizə müraciət edirik. Vətənin və millətin müdafiəsi uğrunda fədakarlıqla mübarizəyə qoşulun, məkrli düşməni məğlub etmək, onun pis niyyətlərini pozmaq və doğma yurdumuzu daha da gücləndirmək üçün cəbhədə döyüşən əsgərlərimizi dəstəkləyin”- təəccüblü görünsə də, bu təxribatçı çıxışı məhz ermənilərin katolikosu II Qareqin edib.



Yeri gəlmişkən, xaricdə yaşayan erməni din xadimlərinin də Qarabağ savaşına “töhvə” verməsinin şahidi oluruq. Bu günlərdə xaricdəki erməni din xadimlərindən birinin övladı Qarabağ döyüşlərinə qatılaraq ordumuz tərəfindən məhv edilmişdi…

Belə ki, Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşən Özbəkistandakı Erməni Apostol Kilsəsinin keçmiş baş rahibi Qarnik Loretsyanın oğlu Narek Loretsyan zərərsizləşdirilib. Bu barədə Özbəkistandakı erməni qəzetinin redaktoru Georgi Saakov "Facebook" səhifəsində məlumat yaymışdı. Onun sözlərinə görə, Qarnik bir neçə il ildir Rusiyanın Vladimir şəhərindəki erməni kilsəsinin baş rahibidir.



Bütün bunlar bir daha onu göstərir ki, erməni kilsələri sülhü, asayişi deyil, terroru, çoxsaylı qətlləri dəstəkləyir, bu istiqamətdə var gücləri ilə çalışırlar. Erməni gəncləri qızğın döyüş meydanına təhrik edən Qareqin və onun kimiləri xristianlığın üz qarasıdır.

Tural Tağıyev
Azvision.az

Teqlər: Erməni-kilsəsi   keşiş   terror