Millət vəkilimiz İsrail nəşrində Ermənistanı ifşa etdi

Millət vəkilimiz İsrail nəşrində Ermənistanı ifşa etdi
  26 Oktyabr 2020    Oxunub:3446
Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, GRECO-da (Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu) Azərbaycan nümayəndə heyətinin rəhbəri Kamal Cəfərovun "The Jerusalem Post" nəşrində məqaləsi dərc olunub.
Azvision.az xəbər verir ki, məqalədə son günlər xarici KİV-lərdə Dağlıq Qarabağ münaqişəsinin “kiçik Ermənistan”ın “türk cihadçılarına” qarşı mübarizəsi kimi qələmə verilməsindən söz açılıb.

Məqalənin orijanlı ilə BURADAN tanış ola bilərsiniz.

Deputat yazır ki, çoxsaylı media mütəxəssisləri bu versiyanı irəli sürməklə yanaşı, Türkiyənin öz əsgərlərini və suriyalı muzdlularını azərbaycanlılarla yanaşı döyüşməyə göndərdiyini iddia edirdilər. Son zamanlar eskalasiyanın artmasının arxasında Türkiyənin dayandığına dair iddialar da var. Azərbaycan Milli Məclisinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü kimi vurğulamalıyam ki, bu cür bəyanatlar həqiqəti əks etdirmir.



"Azərbaycan suveren müstəqil bir dövlətdir. Bəli, Türkiyə bizim müttəfiqimizdir. Biz ortaq dəyərləri bölüşürük. Ancaq Ermənistan da bunu edir. Ermənistanın Rusiya və Fransa ilə yaxın dostluq əlaqələri var. Ancaq bu, fransız və ya rus xalqının ermənilərlə birlikdə döyüşdüyü anlamına gəlmir. Bəli, biz silahları Türkiyədən alırıq, eyni zamanda Rusiyadan, İsraildən və digər ölkələrdən silah alırıq. Azərbaycanın müdafiə portfeli olduqca geniş və çoxşaxəlidir. Ancaq bəzi ölkələr həmin silahları Ermənistana pulsuz verirlər və indi də bunu edirlər.

Beləliklə, Türkiyə nə bizim yanımızda döyüşür, nə də Suriyadakı muzdluları Dağlıq Qarabağ uğrunda döyüşməyə göndərir. Türklər bizə sadəcə mənəvi və diplomatik dəstək verirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında, Türkiyənin Azərbaycana döyüşçü göndərmədiyini vurğuladı və Suriya İnsan Haqları Təşkilatı tərəfindən bu cür iddiaları rədd edən bir açıqlama verildi", deputat qeyd edib.

K.Cəfərov vurğulayıb ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə başladı. Nəticədə, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20% -ni işğal etdi. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə gəldi.

1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, Ermənistan hökuməti bu qətnamələrə məhəl qoymamağa davam edir.

29 Mart 2019-cu il tarixində, Ermənistanın müdafiə naziri Davit Tonoyan Nyu-Yorkdakı erməni icması ilə görüşündə Ermənistanı “yeni ərazilər üçün yeni müharibə” aparmağa çağırdı.

5 avqust 2019-cu il tarixində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ bölgəsinin Ermənistanla birləşməsinə çağırdı: “Qarabağ Ermənistandır və nöqtə. Onun “Qarabağ Ermənistandır” ifadəsi danışıqlara ciddi zərbədir. Danışıqlar prosesinə əsassız ilkin şərtlər qoydu. Dağlıq Qarabağdakı qanunsuz rejimin danışıqların üçüncü tərəfi olmasını istədi.

Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi Dağlıq Qarabağdakı qanunsuz qurumu tanımır. Beləliklə, o, ATƏT-in Minsk Qrupunun 30 ilə yaxındır hazırladığı danışıqların formatını təhlükə altına almağa başladı. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi qüsurlu və zərərli açıqlamaların danışıqlar üçün yer qoymadığını bildirdi.

12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçdi. Bunun nəticəsində general-mayor da daxil olmaqla 12 Azərbaycan hərbçisi və 76 yaşlı bir mülki şəxs öldürüldü. Burada Ermənistanın təxribatının Dağlıq Qarabağdan və ətrafdakı yeddi rayondan 300 km-də baş verdiyini qeyd etmək vacibdir.

K.Cəfərov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin iri çaplı silahlardan istifadə edərək atəşkəs rejimini pozmasından, Azərbaycanın mövqelərinə intensiv hücum təşkil etməsindən bəhs edib. Eyni zamanda Gəncəyə raket hücumları, 60 nəfərdən çox mülki şəxsin öldürülməsindən yazıb.


Azvision.az


Teqlər: Kamal-Cəfərov   Jerusalem-Post  





Xəbər lenti