“Qarabağ sonunda işğaldan azad ediləcək” - İbrahim Kalın

  26 Oktyabr 2020    Oxunub : 2036
“Qarabağ sonunda işğaldan azad ediləcək” -  İbrahim Kalın
Türkiyə Azərbaycanla birlikdə olmağa davam edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Tvitter” hesabında yazıb.

“Prezident İlham Əliyev məsələni çox gözəl izah etdi. "Atəşkəs istəyənlər Ermənistana silah göndərirlər". Diplomatiya adı altında işğalı davam etdirmək istəyənlərin səyləri boşa çıxacaq. Qarabağ sonunda işğaldan azad ediləcək. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək", - İ.Kalın qeyd edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İbrahimKalın