Rusu öldürən azərbaycanlıya 5 il həbs verildi

Rusu öldürən azərbaycanlıya 5 il həbs verildi
  04 Fevral 2014    Oxunub:1172
Moskva Vilayət məhkəməsi 47 yaşlı motosikletçi Leonid Frolovun ölümündə günahkar bildiyi azərbaycanlı Bəxtiyar Əliyevlə bağlı qərarını dəyişib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, müttəhimin azadlıqda olmasına rəğmən hakim Bəxtiyar Əliyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, 2013-cü il dekabrın 10-da baş tutan məhkəmə Əliyevi ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə mühakimə edərək 1 il müddətinə məntəqə tipli koloniyada cəza çəkməsi barədə qərar vermişdi. İstintaqın davam etdiyi müddətdə həbs müddətinin yekunlaşdığını nəzərə alan hakim Bəxtiyar Əliyevin elə zaldaca azadlığa buraxılması barədə qərar qəbul etmişdi. Azadlığa çıxan Əliyevin qısa zaman ərzində vətəni-Azərbaycana döndüyü bildirilirdi.

Moskva Vilayət Məhkəməsi ilk proses zamanı cinayət-prossesual qanunvericiliyin bir çox müddəalarının pozulduğunu qeyd edib. Ona görə, qərara yenidən baxan məhkəmə cinayət epizodunu “qəsdən sağlamlığa ağır zərərvurma nəticəsində ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olma” maddəsinə dəyişib.
İstintaqın məlumatına görə, Bəxtiyar Əliyev 2012-ci il iyulun 30-da Sergiyev-Posad rayonundakı ticarət mərkəzlərindən birinin qarşısında motosikletçi Leonid Frolova yumruq zərbəsi endirib.

Zərbədən yerə yıxılan Frolov dünyasını dəyişmişdi. Konfliktin baş verməsinə səbəb olaraq Əliyev və onun dostunun Frolovun motosikletinə icazəsiz əyləşmələri göstərilir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti