İsrail səfiri Azərbaycan xalqına təşəkkür etdi

  26 Oktyabr 2020    Oxunub : 1195
İsrail səfiri Azərbaycan xalqına təşəkkür etdi
İsrailin humanitar səyləri ilə bağlı aldığımız təşəkkür mesajları, e-poçta vasitəsilə gələn məktublar məni dərindən təsirləndirdi.
Azvision.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Tvitter” səhifəsində yazıb.

“Sizi əmin edirəm ki, göndərdiyiniz hər bir mesajı oxuyuruq (hamısına cavab verə bilməsək də) və göstərdiyiniz dostluğu yüksək qiymətləndiririk. Təşəkkürlər", - deyə səfir yazıb.

Xatırladaq ki, diplomat təşəkkür mesajında Gəncədə terror qurbanlarını anarkən çəkilmiş fotosunu da paylaşıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: CorcDik