Trampdan Bakı və İrəvana Qarabağ mesajı

  26 Oktyabr 2020    Oxunub : 1370
Trampdan Bakı və İrəvana Qarabağ mesajı
ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatları başa çatdırmağa nail olacağına söz verib.
Azvision.az xəbər verir ki, Trampın çıxışının videosu "YouTube" kanalında yayımlanıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatların dayandırılmasına dair Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda vasitəçi rolunu oynayacaq.

“Mən bunu “asan iş” adlandırıram. Biz bununla məşğul olacağıq. Gedin, bunu xalqınıza söyləyin ... Nə etdiyinizi bilsəniz, bu, asandır ”, - deyə Tramp əlavə edib.

ABŞ Prezidenti vurğulayıb ki, artıq administrasiyasının nümayəndələri Dağlıq Qarabağ ərazisindəki münaqişənin həlli məsələsi ilə məşğuldur.

Azvision.az

Teqlər: ABŞ   Tramp